“Qeyri-infeksion xəstəliklərin idarəolunması” mövzusunda təlim keçirilib

Bakı, 21 fevral, AZƏRTAC

Dünya Səhiyyə Təşkilatı (DST), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə ilkin səhiyyə xidmətində “Qeyri-infeksion xəstəliklərin idarəolunması” mövzusunda keçirilən təlim bu gün yekunlaşıb. Təlimdə icbari tibbi sığortanın birinci mərhələdə tətbiq edildiyi 23 regiondan 23 həkim və 23 tibb bacısı iştirak edib.

Bu barədə AZƏRTAC-a agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Məlumata görə, təlim Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Tibb Universitetinin mütəxəssisləri və Türkiyə Respublikasından dəvət olunmuş ekspertlər tərəfindən aparılıb.