Psixoloq: Hər tik Turet sindiromudurmu?
Turet sindiromu uşaqlarda görülən hərəkət tikləri və ya səs tiki ilə xarakterizə olunan nevroloji bir pozuntudur. Hər tik Turet sindiromu deyildir. Tikləri olan birinə Turet sindiromu diaqnozu qoyulması üçün tiklərin 1 il müddətində davam etməsi və kompleks şəkildə olması lazımdır.
Aztibb.az xəbər verir ki, psixoloq Xəyalə Quliyeva Turet sindiromunun əlamətləri haqqında məlumat verib.
Tiklər motor və vokal olaraq iki qrupa ayrılırlar:
MOTOR TİKLƏR:
Göz qırpma
Baş yellədmə;
Qaş qaldırma;
Dil çixarma;
Çiyin tərpətmə və s.
VOKAL TİKLƏR:
Boğaz təmizləmə;
Ösgürmə;
Burun çəkmə;
Əsnəmə və s.
Psixoloq qeyd edib ki, bu əlamətlər çox narahatedici bir vəziyyətdir. Belə insanlarda özgüvən aşagı olur. Özlərindən aslı olmayaraq meydana gəldiyi üçun və ətrafda yalnış qarşılanmasınlar deyə bu davranışları etməməyə çalışırlar. Bu isə tiklərin daha da şiddətlənməsinə səbəb olur. Mütləq nevroloji və psixoloji dəstək görmələri vacibdir.