Psixiatriya Xəstəxanasında pasiyent döyülüb? - RƏSMİ

Baxış
23

Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında A.R (ad şərtidir) adlı vətəndaş döyülüb.

Bu barədə Oxu.Az-a vətəndaşın qardaşı məlumat verib.

İddia edilib ki, qardaşı xəstəxanada vəhşicəsinə döyülərək koma vəziyyətinə salınıb:

“Qardaşım gizli şəkildə gecə ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirilib”.

Vətəndaş bildirib ki, hadisəni ört-basdır etmək üçün hüquq-mühafizə orqanlarına məlumat verməyiblər.

Məsələ barədə Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstəxana rəhbərliyi tərəfindən qeydə alınan fakt barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb:

“Xəstəxanaya gələn polis və prokurorluq əməkdaşları araşdırmalara başlayıblar. Təhlükəsizlik kameralarının görüntüləri də götürülüb. Araşdırmalar başa çatdıqdan sonra istintaq orqanı fakta hüquqi qiymət verəcək”.

İlhamə Əbülfət

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin