Psixiatr: “Valideynləri imtahan verən uşaqlardan gözləntilərini onların potensialına uyğun tutmalıdırlar”
“İmtahan verən şagirdlərin valideynləri gözləntilərini uşaqların potensialına uyğun tutmalıdırlar”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova deyib.
O bildirib ki, əks halda uşaqlarda problem yaranır: “Əlbəttə, bütün valideynlər istəyər ki, uşaqlarının nəticələri maksimum olsun, amma övladın bacarıqlarını da nəzərə almalıdırlar”.