Portuqaliyalı həkimlər üçün Azərbaycanda iş elani
Portuqaliyanın “Diario de Noticias” portalında “Portuqaliyalı həkimlər üçün yeni istiqamət – Azərbaycan” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Portuqaliyada həkimlərin məvacibinin az olmasına görə onların işləmək üçün xarici ölkələrə getmələri barədə danışılır. Bildirilir ki, portuqaliyalı həkimlər işləmək üçün əsasən Böyük Britaniya, Fransa, Belçika, Səudiyyə Ərəbistanı və Biləşmiş Ərəb Əmirlikləri kimi ölkələrə yollanırlar. Azərbaycan bu siyahıda növbəti istiqamət ola bilər.
Məqalənin müəllifi qeyd edir ki, bu yaxınlarda Bakıda Prezident İlham Əliyevin iştirakı ilə açılmış Bona Dea Beynəlxalq Hospitalı Portuqaliyadan olan və ona yaxın ixtisaslar üzrə həkimlər üçün iş elanı yerləşdirib. Hospitalın rəsmisi Portuqaliya mətbuatına bildirib ki, Azərbaycandakı hospital həkimlərə Səudiyyə Ərəbistanındakından daha artıq məvacib verəcək.
Diqqətə çatdırılır ki, Səudiyyə Ərəbistanında çalışan portuqaliyalı həkimlər ayda 12 min avroya yaxın maaş alırlar.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon