Polis Gəncədə yoxa çıxan ana və iki uşağını axtarır

Daxili İşlər Nazirliyi Gəncə yoxa çıxan ana və övladları ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov AzVision.az -a açıqlamasında bildirib ki, həmin şəxslərin yaşadıqları evdən çıxaraq bir daha geri dönməmələri barədə Gəncə şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.

Hazırda həmin şəxslərin tapılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir. Axtarışın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.