Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər
Bakı, 9 may, AZƏRTAC
Uşaqlarda insulin müqavimətinin ən çox görülən səbəbi piylənmədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Liv Hospital Uşaq Endokrinologiya və Metabolik Xəstəliklər mütəxəssisi, professor Cengiz Karanın araşdırmasında bildirilib.
Qeyd olunub ki, insulin yalnız böyüklərdə deyil, uşaqlarda da rast gəlinir. Uşaqlarda insulin müqaviməti olduğu üçün piylənmə olmur, piylənməyə görə insulin yarana bilir. İnsulin müqaviməti insulin hormonunun hüceyrə təsirlərinə toxuma reaksiyasının azalması vəziyyətidir. Burada ən çox görülən səbəb piylənmədir. Ancaq piylənmə müşahidə edilən hər kəsdə insulinə rast gəlinmir və artıq çəkisi olmayan uşaqlarda, həmçinin böyüklərdə nadir hallarda müşahidə oluna bilər.
Yüksək kalorili pəhriz, həddindən artıq şəkər (karbohidrat) istehlakı və oturaq həyat piylənmə ilə birlikdə insulin müqavimətinə səbəb olur. Uşaqlarda bədəndə yağ toxumasının miqdarı artdıqca insulinə həssaslıq azalır.