Peyvəndlərin vurulmasında gecikmələrə yol verilibsə, nə edilməlidir?

Baxış
47

Peyvənd təqvimi elmi sübutlara əsaslanaraq tərtib olunub. Hər peyvəndin təqvimə uyğun yaşda vurulması çox vacibdir.

Azmedinfo.az xəbər verir ki, mütəxəssislərin rəyinə əsasən həmin yaş dövründə uşaqların peyvəndlə qarşısı alınan təhlükəli xəstəliklərə məruz qalma riski olduqca yüksəkdir.

Həmçinin, bu yaş dövründə peyvəndləmə nəticəsində daha güclü immunitet yaranır. Buna görə də peyvəndlərin gecikdirilməsi uşaqların təhlükəli xəstəliklərə yoluxma riskini artırır.Gecikdirilmiş bəzi peyvəndləri müəyyən yaş həddinə qədər sonradan vurdurmaq mümkündür. Uşaqların əskik peyvənd dozalarını tamamlamaq üçün gecikmədən həkimə müraciət etmək lazımdır.

TƏBİB

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin