Peyvənd uşaqlarda autizmə səbəb olur - Bu fikir nə dərəcədə doğrudur?
Bəzi valideynlər peyvəndin uşağın səhhətində problemlər yarada biləcəyinə inanaraq övladlarını peyvənd etməkdən imtina edirlər. Məsələn, guya autizmin inkişafına səbəb olur.
Aztibb.az “Rossiyskaya qazeta”ya istinadən yazır ki, həkim Natalya Koxun fikrincə, ilkin olaraq sağlam uşaqda peyvəndlə bu xəstəliyin inkişaf riski arasında heç bir əlaqə yoxdur.
Doğrudur, əgər uşaqda bəzi simptomlar varsa, məsələn, qan-beyin baryerinin keçiriciliyinin artması, peyvəndlərin bəziləri həqiqətən də mərkəzi sinir sistemində patologiyanın tətikçisi ola bilər.
“Bəzi simptomları olan xəstələrdə, məsələn, qan-beyin baryerinin artan keçiriciliyi ilə müşayiət olunan autizmli xəstələrdə spesifik peyvəndlər, az hallarda, bəzi prosesləri təhrik edə bilər və patologiyaya təkan verə bilər.”, – həkim deyib.
Buna görə də, həkim tövsiyə edir, peyvəndlər üçün aydın göstəricilər və əks göstərişlər var. Peyvənddən əvvəl riskləri müəyyən etmək üçün uşaq pediatr tərəfindən müayinədən keçməlidir və o, peyvənd edib-etməməsinə qərar verir.