Pediatriya və neonatologiyanın aktual problemləri beynəlxalq konqresdə müzakirə ediləcəkdir

Baxış
52

27–28 fevral 2026-cı il tarixlərində “Pediatriyada Elmi İrs və İnnovasiyalar: Hibrid Dünyada Uşaq Olmaq” mövzusunda pediatriya alimlərinin yubileylərinə həsr olunmuş Beynəlxalq Konqres keçiriləcək.

Konqres çərçivəsində pediatriya və neonatologiyanın aktual problemləri, o cümlədən pediatrik qastroenterologiya, allerqologiya, pulmonologiya, revmatologiya, infeksion xəstəliklər, kardiologiya və psixiatrik xəstəliklərin diaqnostika və menecmentində müasir tibbi yanaşmalar müzakirə olunacaq. Bununla yanaşı, rəqəmsal dövrün uşaqların sağlamlığına təsiri, hibrid mühitdə böyüyən uşaqların psixo-sosial inkişafı və gələcək perspektivlər də diqqət mərkəzində olacaq.

Tədbir pediatrlar, ailə həkimləri, neonatoloqlar, həkim-rezidentlər və səhiyyə sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulub.

Konqresin keçiriləcəyi məkanlar:

  • 27 fevral 2026 – Holiday Inn

  • 28 fevral 2026 – Mərkəzi Gömrük Hospitalı

Konqres Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrası və Mərkəzi Gömrük Hospitalı tərəfindən təşkil olunur.

Ətraflı məlumat və qeydiyyat üçün:

Sayt: www.KursEvi.az
Əlaqə telefonu: 050 243 86 71

Pediatriya.az beynəlxalq konqresin uğurla keçirilməsini arzulayır, tədbirin elmi baxımdan səmərəli, faydalı müzakirələrlə yadda qalacağına inanır və bütün iştirakçılara uğurlar diləyir.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin