Pediatriya.az: yeni dərs ili münasibətilə təbrik

Sabah, 15 sentyabr 2025-ci ildə ölkəmizdə yeni dərs ili başlayır. Bu gün yalnız şagird və tələbələr üçün deyil, həm də valideynlər və müəllimlər üçün böyük bir ümid, sevinc və məsuliyyət günüdür.
Arzulayıram ki, yeni tədris ili hər kəs üçün bilik, zəhmət və nailiyyətlərlə zəngin olsun. Qazanılan hər bir uğur gələcəyin daha işıqlı olmasına, sağlam və savadlı nəsillərin formalaşmasına töhfə versin.
