Pediatriya.az portalının təsisçisi həkim Nərmin Əzizova AZƏRTAC-a müsahibə vermişdir
Baxış
5350
Pediatriya.az portalının təsisçisi, həkim-neonatoloq Nərmin Əzizova AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibə vermişdir.
Müsahibədə 2017-ci ildən fəaliyyət göstərən və Azərbaycanın ilk pediatrik informasiya portalı olan Pediatriya.az-ın 8 illik fəaliyyəti, portalın yaradılma məqsədləri, tibbi maarifləndirmənin əhəmiyyəti, eləcə də valideynlər üçün etibarlı tibbi məlumatların vacibliyi vurğulanmışdır.
Eyni zamanda, ana və uşaq sağlamlığının qorunmasında vaxtında peyvəndlənmə və profilaktik tibbi müayinələrin rolu diqqətə çatdırılmışdır.
Müsahibənin tam mətni ilə AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyinin rəsmi saytında tanış olmaq mümkündür.

Şərhlər (0)