Payız-qış mövsümündə qrip əleyhinə harada peyvəndlənmək olar? - ÜNVANLAR

Baxış
34

Əhalinin sağlamlığının qorunması məqsədilə tibb müəssisələrində sanitar-gigiyenik rejimin gücləndirilməsi ilə yanaşı, xüsusilə risk qruplarına daxil olan şəxslər arasında qrip əleyhinə peyvəndlənmə tədbirlərinə başlanılıb.

Oxu.Az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına istinadən xəbər verir ki, qurum Bakı ərazisində qrip əleyhinə peyvəndlənmə prosesinin aparıldığı ünvanların siyahısını açıqlayıb.

Məlumata görə, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi xarakter daşıyır və onların tətbiqi uşaqların, yaşlıların, xroniki xəstəlikləri olan şəxslərin, həmçinin tibb işçilərinin qrip və onun ağırlaşmalarından qorunmasında mühüm əhəmiyyət kəsb edir.

Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən yüksəkkeyfiyyətli qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan “Sanofi Pasteur” şirkətinə məxsusdur. Qripə qarşı vaksinasiya Bakı və regionlarda ərazi üzrə ilkin səhiyyə xidməti göstərən TƏBİB tabeli tibb müəssisələrində 8 oktyabr tarixindən həyata keçirilir.

Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilərlər.

Peyvənd olunmaq respirator virus infeksiyalarına yoluxmaqdan qorunmaq üçün ən effektiv üsuldur.

Qeyd edək ki, peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.

Prosesin aparıldığı ünvanların siyahısını təqdim edirik:

Müəssisə adı Ünvan
Səbail rayonu
1 1 nömrəli Şəhər Poliklinikası Səbail rayonu, Bülbül pr., 16
2 2 nömrəli Şəhər Poliklinikası Səbail rayonu, Lermontov, 123
3 33 nömrəli Şəhər Poliklinikası Səbail rayonu, Bayıl qəs., Neftçi Qurban, 59
4 34 nömrəli Şəhər Poliklinikası Səbail rayonu, Badamdar qəs., S.Xəlilov küç., 1
5 15 nömrəli Uşaq Poliklinikası Səbail rayonu, Bayıl qəs., M.Useynov, 29
Nəsimi rayonu
1 5 nömrəli Şəhər Poliklinikası Nəsimi rayonu, Bakıxanov, 42
2 20 nömrəli Şəhər Poliklinikası Nəsimi rayonu, 3-cü mkr., Cavadxan, 22
3 1 nömrəli Uşaq Poliklinikası Nəsimi rayonu, C.Cabbarlı küç., 44
4 12 nömrəli Uşaq Poliklinikası Nəsimi rayonu, 1-ci mkr., A.Məhərrəmov, 25
5 3 nömrəli Uşaq Poliklinikası Nəsimi rayonu, R.Behbudov, 30
Yasamal rayonu
1 16 nömrəli Şəhər Poliklinikası Yasamal rayonu, İnşaatçılar, 12\26
2 19 nömrəli Şəhər Poliklinikası Yasamal rayonu, H.Zərdabi, 61
3 3 nömrəli Şəhər Poliklinikası Yasamal rayonu, F.İbrahimbəyov, 23
4 39 nömrəli Şəhər Poliklinikası Yasamal rayonu, Xiyabani, 25
5 5 nömrəli Uşaq Poliklinikası Yasamal rayonu, Hüseyn Cavid, 20, məhəllə 528
Binəqədi rayonu
1 10 nömrəli Şəhər Poliklinikası Binəqədi rayonu, 8-ci mkr., Azadlıq pr., 176
2 27 nömrəli Şəhər Poliklinikası Binəqədi rayonu, 6-cı mkr., İ.Həşimov, 1
3 35 nömrəli Şəhər Poliklinikası Binəqədi rayonu, Binəqədi qəs., 1-ci mədən, 30
4 20 nömrəli uşaq poliklinikası Binəqədi rayonu, M.Davudov, 3
5 Xocəsən Sağlamlıq Mərkəzi Binəqədi rayonu, Xocəsən şosesi, 10.
Nizami rayonu
1 26 nömrəli Şəhər Poliklinikası Nizami rayonu, 8 km, Naxçıvan, 43A
2 44 nömrəli Şəhər poliklinikası Nizami rayonu, Nəsimi, 11
3 46 nömrəli Şəhər Poliklinikası Nizami rayonu, Keşlə qəs., Sabir, 61
4 17 nömrəli Uşaq Poliklinikası Nizami rayonu, Q.Qarayev, 84
5 19 nömrəli Uşaq Poliklinikası Nizami rayonu, Babək, 75
Nərimanov rayonu
1 14 nömrəli Uşaq Poliklinikası Nərimanov rayonu, Fətəli xan Xoyski, 79
2 4 nömrəli Şəhər Poliklinikası Nərimanov rayonu, Təbriz küçəsi, 33
3 7 nömrəli Uşaq Poliklinikası Nərimanov rayonu, Təbriz, 97
4 37 nömrəli Şəhər Poliklinikası Nərimanov rayonu, Yusifbəyli, 73
Sabunçu rayonu
1 11 nömrəli Şəhər Poliklinikası Sabunçu rayonu, Bakıxanov Səməd Vurğun, 8
2 12 nömrəli Şəhər Poliklinikası Sabunçu rayonu, Ə.Məmmədəliyev, 10
3 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanası Sabunçu rayonu, Ramana kəndi, Haqverdiyev, 1
4 21 nömrəli Şəhər Poliklinikası Sabunçu rayonu, Zabrat 1, R.Axundov, 28
5 22 nömrəli Şəhər Poliklinikası Sabunçu rayonu, Balaxanı, Şəfqət, 1
6 36 nömrəli Şəhər Poliklinikası Sabunçu rayonu, Pirşağı qəs., H.Əliyev, küç.
7 Bilgəh Sağlamlıq Mərkəzi Sabunçu rayonu, Bilgəh qəs., H.Hacıağa küç., 21
8 Kürdəxanı Sağlamlıq Mərkəzi Sabunçu rayonu, M.Adil küç., 1
9 Nardaran Sağlamlıq Mərkəzi Sabunçu rayonu, Nardaran qəs., Abşeron küç., 1
Xətai rayonu
1 6 nömrəli Şəhər Poliklinikası Xətai rayonu, Əhmədli, M.Hadi, 49
2 7 nömrəli Şəhər Poliklinikası Xətai rayonu, M.Rüstəmov, 1
3 28 nömrəli Şəhər Poliklinikası Xətai rayonu, M.Mehdizadə, 48
4 38 nömrəli Şəhər Poliklinikası Xətai rayonu, Zığ yolu, 22
5 8 nömrəli Uşaq Poliklinikası Xətai rayonu, Əhmədli qəs., Şıxlinski küç., 59
6 14 nömrəli Şəhər Poliklinikası Xətai rayonu, Əhmədli qəs., B.Süleymanov, 20
7 Zığ Sağlamlıq Mərkəzi Xətai rayonu, Naximov küç., 17
Suraxanı rayonu
1 23 nömrəli Şəhər Poliklinikası Suraxanı rayonu, Hövsan, H.Quliyev, 10
2 42 nömrəli Şəhər Poliklinikası Suraxanı rayonu, Əmircan qəs., E.Həsənov, 52
3 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanası Suraxanı rayonu, Əmircan, T.Bayramov küç., 2
4 16 nömrəli Uşaq Poliklinikası Suraxanı rayonu, Hövsan, O.Şabanov küç., 9
5 24 nömrəli Şəhər Poliklinikası Suraxanı rayonu, Suraxanı, S.Bəhlulzadə, 14
6 43 nömrəli Şəhər Poliklinikası Suraxanı rayonu, Qaraçuxur, Ə.Mehbalıyev, 14
7 Suraxanı Sağlamlıq Mərkəzi Suraxanı rayonu, Y.Suraxanı qəs., V.Xəlilov küç., 12
8 Hövsan Sağlamlıq Mərkəzi Suraxanı rayonu, MİDA yaşayış kompleksi
Xəzər rayonu
1 1 nömrəli Birləşmiş Şəhər Xəstəxanası Xəzər rayonu, Buzovna qəs., R.Axundova küç., 2a
2 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanası Xəzər rayonu, Binə qəs F.Aynulov küç., döngə 2
3 45 nömrəli Şəhər Poliklinikası Xəzər rayonu, Şimali Dres, Bağlar küçəsi, 2
4 Zirə Sağlamlıq Mərkəzi Xəzər rayonu, Şirvani küç., 1
Qaradağ rayonu
1 13 nömrəli Şəhər Poliklinikası Qaradağ rayonu, Müşviqabad qəsəbəsi
2 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanası Qaradağ rayonu, Sahil qəs., B.Əliyev, 39
3 32 nömrəli Şəhər Poliklinikası Qaradağ rayonu, Ələt,Dəmiryolçular küçəsi., 8
4 41 nömrəli Şəhər Poliklinikası Qaradağ rayonu, Buta qəs., Sovet küçəsi, 9
Pirallahı rayonu
1 Pirallahı Tibb Mərkəzi Pirallahı rayonu, Kamil Rzayev küçəsi, 22/13
Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin