Özünü kanala atan qızını xilas etmək istədi - Boğulub öldü

Baxış
52

Bərdədə özünü kanala atan ruhi xəstə qızını xilas etmək istəyən ata suda boğularaq ölüb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Nazırlı kəndində qeydə alınıb.

Belə ki, uzun illərdir ruhi xəstəlikdən əziyyət çəkən 44 yaşlı kənd sakini Sərəncam Yasin qızı Kərimova özünü kəndin mərkəzindən keçən su kanalına atıb. Bunu görən 1957-ci il təvəllüdlü atası Yasin Əvəz oğlu Kərimov qızını kanaldan çıxarmağa çalışsa da, suda boğularaq ölüb.

Qız isə kənd sakinləri və polis əməkdaşları tərəfindən sudan çıxarılaraq xilas edilib.

Qeyd edək ki, Y.Kərimov uzun illər kənd məktəbində ibtidai sinif müəllimi işləyib.

Ziya Əmirxanlı

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin