Ötən il Azərbaycanda 200-dən çox 17 yaşa qədər uşaqda talassemiya aşkarlanıb - STATİSTİKA

“2024-cü ildə Azərbaycanda ilk dəfə qoyulmuş talassemiya diaqnozu ilə 415 nəfər qeydə alınıb”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, onlardan 203 nəfər 0-17 yaşlı uşaqlar olub.
“Ötən il tibb müəssisələrində talassemiya diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 5 312 nəfər olub. Bunlardan 2 527 nəfər 0-17 yaşlı uşaqlardır”.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda ilk dəfə təyin olunmuş diaqnozla 385 talassemiya xəstəsi qeydə alınıb. Onlardan 190 nəfəri 0-17 yaş aralığında olan şəxslər olub.
Aləmdə Nəsib