Öskürək siropları 300-dən çox uşağı öldürdü
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqların müalicəsində istifadə edilən reseptsiz şərbətlərin çirkləndiyini və bu səbəbdən 2022-ci ildə 7 ölkədən 300-dən çox uşağın öldüyünü açıqlayıb.
Publika.az xəbər verir ki, açıqlamada vurğulanıb ki, şərbətlərdə sənaye həllediciləri və antifrizlərin qarışdırılır.
ÜST dünən Qambiya, İndoneziya və Özbəkistan səlahiyyətlilərinin siropların çirkləndiyini və bu şərbətlərin 2022-ci ildə 300-dən çox uşağın ölümünə səbəb olduğunu bildirərək “təcili fəaliyyətə çağırış” edib.
Qeyd edək ki, əksəriyyəti beş yaşından kiçik uşaqlardır.
ÜST, xəbərdarlıq bildirişlərini 194 üzv dövlətin səhiyyə orqanlarına göndərdiklərini bildirib.
ÜST-ün 11 yanvar tarixli “çirklənmiş dərman məhsulu xəbərdarlığında” uşaqların müalicəsində istifadə edilən reseptsiz öskürək siroplarının Özbəkistan Səhiyyə Nazirliyi tərəfindən təhlil edildiyi və nəticələri barədə məlumat verildiyi bildirilib.
“Özbəkistan Səhiyyə Nazirliyinin milli keyfiyyətə nəzarət laboratoriyaları tərəfindən hər iki məhsuldan götürülmüş nümunələrin laboratoriya analizi nəticəsində məlum olub ki, hər iki məhsulda yolverilməz miqdarda çirkləndiricilər olub”, – deyə yanvarın 11-də verilən xəbərdarlıqda bildirilir.
Ayşən