Operativ qərargah: Koronavirusa görə karantinə alınmış şəxslərdən 312 nəfəri sərbəst buraxılıb

Baxış
19

Bakı, 10 mart, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus (COVID – 19) infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarına daxil olan şəxslərin müayinəsi davam etdirilir.

Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib.

Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, karantinə alınan şəxslər müvafiq müayinədən keçirilir, o cümlədən onlardan laborator analizlər götürülür, səhhətləri nəzarət altında saxlanılır. İnfeksiyaya yoluxma faktı təsdiq olunan şəxslər dərhal xüsusi rejimli xəstəxanalara köçürülür, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür.

Martın 10-na olan məlumata görə, müayinə və laborator analizlər vasitəsilə infeksiyaya yoluxma faktı təsdiq edilməmiş və səhhəti şübhə doğurmayan 312 nəfər karantin müddətini başa vuraraq sərbəst buraxılıb.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin