Ölkəmizdə koronavirusa yoluxma hallarına daha çox 30-39 yaş arasında rast gəlinir
Bakı, 19 avqust, AZƏRTAC
Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarına daha çox 30-39 yaş arasında rast gəlinir.
AZƏRTAC koronavirusinfo.az saytına istinadla xəbər verir ki, COVID-19-a yoluxanların 22 faizi məhz həmin yaş qrupunu əhatə edir. Sonrakı yerləri 50-59 (18 faiz), 20-29, 40-49, 60-69 (hər üçü 15 faiz), 10-19 (6 faiz), 70-79 (4 faiz), 0-9 (3 faiz), isə 80+ (2 faiz) yaş qrupları tutur.
Məlumata əsasən, ölkə üzrə yoluxanların 53 faizini qadınlar, 47 faizini isə kişilər təşkil edir.
Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 380 min 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.