Ölkəmizdə iki mindən çox uşaq şəkərli diabetdən əziyyət çəkir
Bakı, 18 fevral, AZƏRTAC
Ötən ilin dekabrının statistikasına görə, ölkəmizdə şəkərli diabetdən əziyyət çəkən uşaqların sayı 1856 nəfər olub. Hazırda onların sayı 2 mini ötüb.
AZƏRTAC xəbər verir ki, bunu Respublika Endokrinoloji Mərkəzin baş həkimi Babək Salek Qənnadi deyib.
Baş həkim bildirib ki, həmin uşaqların 1100-ü Respublika Endokrinoloji Mərkəzində, qalanları rayon xəstəxanalarında qeydiyyatdadır. Həmin uşaqlar “Tresiba” insulini ilə təmin olunurlar.