Ölkəmizdə 9 ayda 2548 əkiz doğulub

Baxış
27
Yanvar-sentyabr ayları ərzində Azərbaycanda 95 min 399 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 12,8 təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrin 2548-i əkiz, 84-ü üçəm, dördü isə dördəmdir.

Doqquz ay ərzində ölkədə 46 min 995 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,3 təşkil edib.

Azvision.az

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin