Ölkədə tibbi təchizatın gücləndirilməsi davam edir
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycanın tibbi təchizatının gücləndirilməsi davam edir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının tərəfdaşlığı əsasında alınması nəzərdə tutulan dərmanların ilk partiyası gətirilərək ölkəyə təhvil verilib.
AZƏRTAC Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, həyati əhəmiyyətə malik 9 min qutu HİV/QİÇS əleyhinə dərman “Ölkədə tibbi təchizat sisteminin gücləndirilməsində Səhiyyə Nazirliyinə dəstək” layihəsi çərçivəsində alınıb.
Layihə bu günədək QİÇS-ə yoluxmuş 7 min 867 nəfərin dərmanla təchizatını təmin edib.