Abhəyat
qadın adı, mürəkkəb, fars mənşəli «abe – həyat» (dirilik suyu, həyat suyu) sözündəndir.
Abidə
qadın adı, sadə, ərəb mənşəli, «abidə» – xatirə, yadigar, nişanə deməkdir.
Afaq
qadın adı, sadə. Antroponim azərbaycan mənşəli «apağ» (ağappaq, düm ağ) və ya ərəb mənşəli, «afaq» (üfüqlər, dünya, aləm) kimi izah olunur.
Afina
qadın adı, sadə. Onomastikada bu ad iki cür izah olunur: 1. qədim Yunan mifologiyasında baş allahlardan biri, bakirəlik ilahəsi, həmçinin müharibə, qələbə, hikmət, bilik, incəsənət və peşə ilahəsi, Zevsin qızı Afinanın adından; 2. ərəb mənşəli, «hafinə» (ovuclayan, ovucla götürən qadın, qız) sözündən.
Afiyət // Afyat
qadın adı, sadə, ərəb mənşəli, «afiyət» – can sağlığı, sağlamlıq deməkdir.
Aftab
qadın adı, sadə, fars mənşəli «aftab» – gün, günəş deməkdir.
Afər
qadın adı, sadə, fars mənşəli «afəridən» (yaratmaq) felinin kökü olan «afər» sözündəndir. Mənası «yarat, qur» deməkdir.
Afəridə
qadın adı, düzəltmə, fars mənşəli «afəridən» (yaratmaq) felindən düzəlib, «yaratma, qurma» deməkdir.
Afərim
qadın adı, düzəltmə, fars mənşəli afər (yarat) + azərbaycan mənşəli –im (I şəxs mənsub. şəkilçi– si.). «Yaranmışım» deməkdir.
Ahu
qadın adı, sadə, fars mənşəli «ahu» – ceyran deməkdir.
Aida // Aidə // Ayidə
qadın adı, sadə, qədim yunanca «aida» – bülbül; ərəb mənşəli, «aidə» – gəlir, mədaxil deməkdir.
Aişə // Ayişə
qadın adı, sadə, ərəb mənşəli, «aişə» – canlı, ölməz, yaşayan deməkdir.Məhəmməd peyğəmbərin sevimli arvadlarından birinin adı olmuşdur.
Alagöz
qadın adı, sadə, azərbaycan mənşəli ala (açıq qonur rəng) + göz (görmə orqanı) sözlərindən düzəlib. «İri, qonur gözlü qadın, qız» deməkdir.
Alidə
qadın adı, sadə, fars mənşəli «aludə» sözündən olub, «aşiq, vurğun» mənalarını ifadə edir.
Aliyə // Alıya
qadın adı, düzəltmə, ərəb mənşəli, «ali» sözündən olub, «hörmətli qız, yüksək təbəqədən olan qadın» deməkdir.
Alma
qadın adı, sadə, azərbaycan mənşəli Müxtəlif çeşidli və rəngli, girdə, yaxud uzunsov meyvənin adıdır. İl boyu öz ətrini, rəngini, dadını və təravətini itirmir. Bu baxımdan valideynlər öz övladlarına ad verərkən bu meyvənin adından da istifadə edirlər.
Almagül
qadın adı, mürəkkəb, azərbaycan mənşəli alma + fars mənşəli gül sözlərindən düzəlib. «Çəhrayı yanaqlı» deməkdir.
Alsu
qadın adı, mürəkkəb, azərbaycan mənşəli al (qırmızı) + su sözlərindən düzəlib. «Qırmızı su» deməkdir.
Alyanaq
qadın adı, mürəkkəb, azərbaycan mənşəli al (qırmızı) + yanaq (üz) sözlərindən düzəlib. «Yanaqları qırmızı qız» deməkdir.
Alçiçək
qadın adı, mürəkkəb, azərbaycan mənşəli al ( qırmızı rəng) + çiçək (gül) sözlərindən düzəlib. «Qırmızı gül» deməkdir.
Aləmnur
qadın adı, mürəkkəb, ərəb mənşəli, aləm (dünya) + nur (işıq) sözlərindən düzəlib. «Dünyanın işığı» deməkdir.
Aləmzər
qadın adı, mürəkkəb, ərəb mənşəli, aləm (dünya) + fars mənşəli zər (qızıl, günəş) sözlərindən düzəlib. «Dünyanın qızılı, dünyanın şəfəqi» deməkdir.
Amaliya // Amalya
qadın adı, mürəkkəb, latın mənşəli amata + qədim yunanca liya sözlərindən düzəlib. «Sevimli, istəkli ceyran» deməkdir.
Anacan
qadın adı, mürəkkəb, azərbaycan mənşəli ana (qadının öz övladına qohumluq münasibəti) + fars mənşəli can (əziz, mehriban) sözlərindən düzəlib. «Ananın əzizi; mehriban» deməkdir. Təxəllüs kimi azərbaycan mənşəli əməkdar müəllimi, azərbaycan mənşəli– da ilk uşaq evinin təşkilatçısı Ağalarova Bahar Əmirəli qızına məxsusdur.
Anaqız
qadın adı, mürəkkəb, azərbaycan mənşəli ana + qız sözlərindən düzəlib. «Böyük qız» deməkdir.
Anası
qadın adı, düzəltmə, azərbaycan mənşəli ana + sı (mənsub. şəkilçi – si). «Əziz anam, anamız» deməkdir.
Anaxanım
qadın adı, mürəkkəb, azərbaycan mənşəli ana (qadın, valideyin) + xanım (titul) sözlərindən düzəlib. «Ana qədər yaxın, mehriban xanım» deməkdir.
Anaş
qadın adı, düzəltmə, azərbaycan mənşəli ana + ş (əzizləmə mənası bildirən şəkilçi). «Əziz ana» deməkdir. Çox vaxt valideynlərdən birinin anasının adını daşıyan qızlara verilən ikinci addır.
Aqibət
qadın adı, sadə, ərəb mənşəli, «aqibət» – tale deməkdir.
Arasta // Arəstə
qadın adı, sadə, fars mənşəli «arəstə» – bəzənmiş, bəzəkli, xoşa gələn deməkdir.
Asena // Aysena
qadın adı, sadə, qədim türk «əsən» – «sağ – salamat» sözünün dünyanın bir çox dillərinə keçərək dəyişməsinin nəticəsidir. Məs: fransız dilind «assen» (sağlamlıq) sözü işlənməkdədir. Asena XII əsr Bolqar çarının adı olmuşdur.
Asiya // Asya
qadın adı, sadə, qədim aysorca «gündoğan» deməkdir. Müasir ərəb mənşəli, «qadın hakim» mənasında işlədilir.
Asiyabəyim // Asyabəyim
qadın adı, mürəkkəb, Asiya // Asya + azərbaycan mənşəli bəyim sözlərindən düzəlib. «Hakim xanım» deməkdir.
Asiyaxanım // Asyaxanım
qadın adı, mürəkkəb, Asiya // Asya + azərbaycan mənşəli xanım sözlərindən düzəlib. «Hökmdar xanım» deməkdir.
Asudə
qadın adı, sadə, fars mənşəli «asudə» – sərbəst, rahat, dinc deməkdir.
Atlaz // Atlas
qadın adı, sadə, azərbaycan mənşəli «atlaz» – hamar üzlü, parlaq ipək parça adıdır. Antroponimin mənası «ipək kimi zərif, parlaq» deməkdir.
Ayan
qadın adı, sadə, türk dillərində bu söz «xoşa gələn», «rahat, gözəl yer», «çay mənsəbi» mənalarında izah olunur.
Aybikə
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + bikə (qız) sözlərindən düzəlib. «Ay kimi gözəl qız» deməkdir.
Aybəniz
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet adı, Yerin peyki) + bəniz (üz, sifət, sima) sözlərinin birləşməsindən yaranıb. «Ay üzlü», «gözəl» mənalarını ifadə edir.
Aycamal
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + ərəb mənşəli, camal (üz, surət) sözlərindən düzəlib. «Ay üzlü» deməkdir.
Aydan
qadın adı, düzəltmə, azərbaycan mənşəli Ay (planet) + dan (lek. şəkilçi). «Ay məkanı», «Ay haləsi» deməkdir.
Aydəniz
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + dəniz sözlərindən düzəlib. «İşıq dənizi, işıq ümmanı» deməkdir.
Ayfər
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + fars mənşəli fər (işıq) sözlərindən düzəlib. «Ay işığı» deməkdir.
Aygül
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + fars mənşəli qol (gül, çiçək) sözlərindən düzəlib. «Ay çiçəyi» deməkdir.
Aygün
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + Gün (planet) sözlərinin birləşməsindən düzəlib. Bu tipli adlar qədim türk mənşəli olub Aya, Günə etiqadla bağlı yaranıb. Hazırda qadın gözəlliyini tərənnüm edən bu antroponim «Ay və Gün kimi təmiz, gözəl» mənasını ifadə edir.
Ayla
qadın adı, düzəltmə, azərbaycan mənşəli Ay (planet) + la (birgəlik bildirən şəkilçi). «Ayla birgə, yanaşı, bərabər», «Ay haləsi» deməkdir.
Ayna
qadın adı, sadə, fars mənşəli «ayinə» – güzgü deməkdir. azərbaycan mənşəli «ayna» – şüşə; türk mənşəli «ayna» – şeytan mənalarını bildirir. Antroponim kimi «saf, təmiz, şəffaf» mənalarına uyğundur.
Aynanisə
qadın adı, mürəkkəb, fars mənşəli ayna (saf) + ərəb mənşəli, nisə (qadın) sözlərindən düzəlib. «Təmiz, saf qadın, qız» deməkdir.
Aynur
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + ərəb mənşəli, nur (işıq, aydınlıq) sözlərindən düzəlib. «Ay işığı», «aydın, parlaq, təmiz» mənalarını ifadə edir.
Aypara
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + para (parça, yarı) sözlərindən düzəlib. Gözəllik rəmzi kimi «ay parçası», «yarımçıq ay» deməkdir.
Ayqız
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + qız sözlərindən düzəlib. «Ay kimi gözəl qız» deməkdir.
Aysabah
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + ərəb mənşəli, sabah (səhər) sözlərindən düzəlib. «Səhər görünən ay» deməkdir.
Aysel
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + sel sözlərindən düzəlib. «Ay işığı, ay seli» deməkdir.
Aysima
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + ərəb mənşəli, sima (üz) sözlərindən düzəlib. «Ay üzlü» deməkdir.
Aysoltan //Aysultan
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + ərəb mənşəli, soltan // sultan (hökmdar) sözlərindən düzəlib. «Aya hökm edən, Aya meydan oxuyan» deməkdir.
Aysu
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (burada gümüş, ağ mənalarını bildirir) + su sözlərindən düzəlib. «Gümüş suyu, ağ su»; «pak, bakirə, təmiz, şəffaf» deməkdir.
Aysurə
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + ərəb mənşəli, surə (parça) sözlərindən düzəlib. «Ay parçası» deməkdir.
Aysənəm
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + ərəb mənşəli, sənəm (gözəl) sözlərindən düzəlib. «Ay kimi gözəl» deməkdir.
Aytac
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + fars mənşəli tac (çələng, hökmdarlığın atributlarından biri) sözlərindən düzəlib. «Ayın haləsi, nuru, işığı» deməkdir.
Aytamam
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + tamam (bütöv) sözlərindən düzəlib. «Bütöv Ay; girdə sifətli qız» deməkdir.
Aytəkin
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + təkin (kimi) sözlərindən düzəlib. «Aya bənzər», «Ay kimi gözəl» deməkdir.
Aytən
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + tən (1. bədən, əndam; 2. bərabər) sözlərindən düzəlib. «Aybədənli», «gözəlliyi Aya bərabər», «Ay kimi» deməkdir.
Ayulduz
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + ulduz sözlərindən düzəlib. «Çox parlaq, olduqca gözəl» deməkdir.
Ayxanım
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + xanım sözlərindən düzəlib. «Ağ qız, gözəl qız» deməkdir.
Ayzadə
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + fars mənşəli zadə (doğulmuş övlad) sözlərindən düzəlib. «Ay qızı, Aydan doğulan» deməkdir.
Ayçiçək
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + çiçək sözlərindən düzəlib. «Ay çiçəyi, ağ çiçək» deməkdir.
Ayət // Ayat
qadın adı, sadə, ərəb mənşəli, «ayə» sözünün cəmi olub «əlamətlər, nişanlar deməkdir».
Azərin
qadın adı, düzəltmə, fars mənşəli azər +azərbaycan mənşəli –in (şəkilçi– si). «Azərə məxsus, oda məxsus, od qızı» deməkdir.
Ağabacı
qadın adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + bacı (ailədə doğulmuş qız uşağının həmin ailənin digər uşaqları ilə qohumluq əlaqəsi) sözlərindən düzəlib. «Böyuk bacı», «ailənin böyük qız uşağı» mənasını bildirir. azərbaycan mənşəli böyük qardaş, dayı, əmi arvadlarına da hörmət əlaməti olaraq ağabacı (və ya ağbacı) deyirlərəb mənşəli,
Ağabikə
qadın adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + bikə (qız) sözlərindən düzəlib. «Böyük qız, böyük xanım» deməkdir.
Ağabəyim
qadın adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + bəyim (xanım, bəy arvadlarına və qızlarına verilən titul) sözlərindən düzəlib. «Böyük xanım» deməkdir.
Ağanisə
qadın adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, nisə (qadın) sözlərindən düzəlib. «Böyük qadın, baş qadın» deməkdir.
Ağaxanım
qadın adı, mürəkkəb, azərbaycan mənşəli ağa + xanım sözlərindən düzəlib. «Böyük xanım» deməkdir.
Ağbikə
qadın adı, mürəkkəb, azərbaycan mənşəli ağ + bikə (subay qız) sözlərindən düzəlib. «Ağ qız» deməkdir.
Ağbuta
qadın adı, mürəkkəb, azərbaycan mənşəli ağ + buta (qönçə) sözlərindən düzəlib. «Ağ gül qönçəsi» deməkdir.
Ağbəniz
qadın adı, mürəkkəb, azərbaycan mənşəli ağ (bəyaz, rəngsiz, boyasız) + bəniz (üz, çöhrə) sözlərindən düzəlib. «Ağüzlü, boyasız sifət, ağ dərili gözəl» mənalarına uyğundur.
Ağca
qadın adı, sadə, azərbaycan mənşəli ağ + ca (şiddətləndirmə dərəcəsi əmələ gətirən şəkilçi). «Ağappaq xanım», «ağappaq qız, qadın» deməkdir.
Ağcagül
qadın adı, mürəkkəb, azərbaycan mənşəli ağca (ağappaq) + fars mənşəli gül sözlərindən düzəlib. «Ağ gül, ağ qız, qadın» deməkdir.
Ağgül
qadın adı, sadə, azərbaycan mənşəli ağ (saya, rəngsiz, bəyaz) + fars mənşəli gül sözlərindən düzəlib. «Ağ gül», «gözəl gül» deməkdir.
Ağgün
qadın adı, sadə, azərbaycan mənşəli ağ (bəyaz) + gün (sutkanın yarısı) sözlərindən düzəlib. Burada «xoşbəxt, bəxtəvər» mənalarına uyğundur.
Ağçiçək
qadın adı, mürəkkəb, azərbaycan mənşəli ağ + çiçək sözlərindən düzəlib. «Ağ rəngli zərif qız» deməkdir.
Aşafatma
qadın adı, mürəkkəb Azərbaycanın Şirvan zonasında xüsusilə geniş yayılmış addır. Həmin zonada «aşafatma» sözü «göy qurşağı» mənasında işlənir. Antroponimin Ayişə və Fatimə (Məhəmməd peyğəmbərin arvadı və qızı) sözlərindən düzəldildiyi və ya türk mənşəli «aşa» (çox. artıq) + ərəb mənşəli, «fatimə» (qız) sözlərindən olub «daha qız bəsdir» mənasını ifadə etdiyi də güman olunur.