Norveçdə doğum evində uşaqların dəyişdirildiyi əlli ildən sonra üzə çıxıb

Baxış
37

Norveçdə təxminən 50 il öncə doğum evində iki yeni doğulmuş körpə dəyişdirilib.

Oxu.Az “Onet Kobieta” nəşrinə istinadən xəbər verir ki, ailələr bunu yalnız 2021-ci ildə aparılan DNT testinin nəticələrindən sonra öyrəniblər.

Sonradan məlum olub ki, dövlət uşaqların mübadiləsindən xəbərdar olsa da, həqiqəti gizlədib. Analardan biri və hər iki övlad dövləti insan haqlarını pozmaqda və onilliklər boyu həqiqəti gizlətməkdə ittiham edərək məhkəməyə müraciət edib.

İddiaçılar təzminat olaraq 20 milyon Norveç kronu (təxminən 3 milyon 384 min manat) tələb ediblər.

Bir il əvvəl baş tutan iki məhkəmə prosesində isə iddiaçıların şikayətləri təmin edilməyib. Məhkəmələr hesab ediblər ki, hakimiyyət orqanları Avropa İnsan Hüquqları Konvensiyasının ailə həyatı hüququna dair müvafiq maddəsini pozmayıb.

Qeyd olunur ki, uşaqların dəyişdirilməsinə görə məsuliyyət əsasən xəstəxananı işlədən özəl təşkilatın üzərinə düşür. Məhkəmələrdə uduzan ailə Ali Məhkəməyə müraciət etməyi planlaşdırır.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin