Niyə həkimlər Hippokrata and içirlər?

NOCOMMENT-in araştırmasına görə, qədim Yunanıstanda həkimlər arasında korrupsiya bu andın yaranmasına səbəb olub.

Dünyanın ən qədim peşələrindən biri olan həkimlər peşə həyatına Hippokrat andı ilə başlayırlar. Bəs, bu and niyə yaranıb və niyə Hippokrata əsaslanır?

Hippokrat, e.ə. 460-cı ildə Yunanıstanda anadan olub və həkim olmaq üçün atasının ardınca gedib. O dövrdə öz işi və bacarığı ilə məşhur olan Hippokrat müasir tibbin atası kimi tanınır. Hippokrat sözügedən andı 2500 il əvvəl yazıb, lakin Andın yaranmasında bir çox insan da öz töhfəsini verib. Hippokrat andı təkcə həkimin öhdəliyini və səriştəsini deyil, həm də xəstənin bütün ehtiyaclarını və maraqlarını qoruyur. Lakin Qədim Yunanıstanda and içən həkimlər həkim olmaqdansa, xəstənin marağına diqqət yetirmişlər və bu da həkimin ticarətçi kimi qəbul edilməsinə səbəb olmuşdur. Həkimlər yalnız varlılara qulluq etməklə qazanclarından maksimum istifadə etməyə çalışırdılar. O dövrdə Hippokrat andı getdikcə artan bu etik problemin qarşısını almaq üçün tibb təhsilinin başlanğıcında verilirdisə, bu gün məzuniyyət mərasimlərinin bir hissəsidir.

Hippokrat andı dəfələrlə dəyişdirilib, yeni versiyalar yazılıb. Orijinal andda dövrün dini inancı ön plandadır və həkimlər yunan tanrılarına vədlər verirlər. Bu dini inanc bu gün universal deyil, ona görə də Hippokrat andının daha müasir variantı yazılmışdır. 2017-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Hippokrat andını genişləndirərək “Xəstəmin muxtariyyətinə və ləyaqətinə hörmətlə yanaşacağam” və “Peşəmlə vicdan və ləyaqətlə məşğul olacağam” kimi bəndlər əlavə edib.

Ancaq bu gün Hippokrat andı vəd vermənin yeganə yolu deyil. Dünyanın bir çox universitetləri tələbələrə öz andlarını yazmağa, həmçinin universitetin yazdığı andları oxumağa icazə verir.