Niderlandda 5 yaşlı uşaqlar koronavirusa qarşı peyvənd ediləcək
Niderland Səhiyyə Şurası Krallığın hökumətinə 5-11 yaşlı bütün uşaqlar üçün COVID-19-a qarşı peyvəndə başlamağı tövsiyə edib.
“Report” xəbər verir ki, bu barədə Şuranın hökumətə ünvanlanmış məktubunda deyilir.
Məktubda bildirilir ki, peyvənd uşaqlarda ağır koronavirus və ya ciddi iltihabın inkişafının qarşısını ala bilər.
Peyvəndin potensial yan təsirlərinə yorğunluq, baş ağrısı, əzələ narahatlığı və qısa temperatur daxildir. Bunun əksinə olaraq, miokardit riski olduqca aşağı hesab olunur.
Şura hesab edir ki, peyvənd həm də məktəbə davamiyyət, idman klubları və istirahət fəaliyyətləri ilə bağlı məhdudiyyətlər səbəbindən pandemiyanın uşaqlara mənfi təsirini azaldacaq.