Neyrocərrahiyyə sahəsində növbəti uğur
Son illər ölkəmizdə neyrocərrahiyyə sahəsində bir sıra uğurlar əldə edilib. Bu uğurlardan birinə də Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) imza atılıb. Uğurlu əməliyyat barədə RMDM-in həkim-neyrocərrahı Azər Əkbərov məlumat verib.
Bildirib ki, şiddətli bel və hər iki aşağı ətrafında ağrıdan şikayət edən 55 yaşlı pasiyentdə bel-omba MRT-də onurğa beynində törəmə aşkarlanıb. Əməliyyat ilə törəmə tam olaraq xaric edilib.
Pasiyentdə törəmə qanadığı üçün kəskin simptomlara səbəb olmuşdu və vaxtında aşkar edilərək tam xaric edilib. Xəstədə heç bir ağırlaşma baş verməyib və əməliyyatın 3-cü günündə evə yazılıb.
Əməliyyatdan 2 il keçsə də, pasiyentin heç bir şikayəti və xəstəliyin təkrarlanmasının radiolojik əlaməti aşkarlanmayıb.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı