Neonatologiya üzrə təlim kursu keçirilib
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də “Fairmont” oteldə neonatologiya üzrə Azərbaycan-Türkiyə II intensiv təlim kursu keçirilib. Tədbir Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev kursun məqsədinin neontalogiya sahəsində ən aktual məsələlərin və mütəxəssislərlə dünya təcrübəsinin müzakirəsi olduğunu bildirib. Professor kursun uşaqlara, xüsusilə də yenidoğulanlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayacağını da diqqətə çatdırıb.
Baş pediatr, həmçinin Azərbaycanda ana və uşaqların sağlamlıqlarının mühafizəsinə daim diqqət yetirildiyini vurğulayıb.