NDU Tələbələri Qazi Universitetində təcrübə proqramına başlayıblar
Baxış
39
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin bir həkim və 16 tələbədən ibarət qrupu Ankara şəhərində Qazi Universitetinin Diş Həkimliyi fakültəsində təcrübə proqramına başlayıb.
Təcrübə 7-18 iyul tarixlərini əhatə edəcək. Bu müddətdə tələbələr Ortodontiya, Ağız-Üz-Çənə Cərrahiyyəsi, Oral Radiologiya, Parodontologiya, Endodontiya və Protez bölmələrində praktiki bilik və bacarıqlarını artıracaqlar.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin 240 nəfərlik professor-müəllim və tələbə heyətinin təcrübə proqramı Türkiyənin nüfuzlu ali təhsil müəssisələri olan Hacettepe, Ankara, Qazi, Ege və Qaradəniz Texniki universitetlərində təşkil olunub.
Şərhlər (0)