Nazirlik: “Uşaqlar xəstələnən kimi vitamin və sirop verilməsi düzgün deyil”

“Uşaqları viruslardan qorumaq üçün ən effektiv vasitə peyvəndləmədir”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib.

Onun sözlərinə görə, maskadan istifadə, əlləri tez-tez yumaq, otağın havasını dəyişmək də profilaktik qorumaya daxildir.

Ə.Quliyev vurğulayıb ki, valideynlər uşaqlar xəstələnən kimi vitamin, sirop və ya təbii otlardan istifadə edir, amma bu düzgün deyil.

O bildirib ki, müalicə mütləq həkim tövsiyyəsi və nəzarəti altında olmalıdır: “Özbaşına müalicə başqa problemlərə səbəb ola bilər”.