Nazir müavini: "Boşanmaya müraciət edənlərin 20 faizi psixoloqa müraciətdən sonra fikrini dəyişir"

“Ədliyyə nazirliyinin qeydiyyat orqanlarına boşanma üçün müraciət edənlər psixoloqlara yönləndirilir”.

Oxu.Az xəbər verir ki, bunu “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda Milli Məclisdə keçirilən ictimai dinləmə zamanı ədliyyə nazirinin müavini Abiddin Hüseynov deyib.

O bildirib ki, rəqəmlərə nəzər salan zaman bunun effektiv nəticə verdiyi görünür:

“Rəqəmlər göstərir ki, boşanma üçün müraciət edənlərin 20 faizə yaxını psixoloqa müraciət edəndən sonra fikrini dəyişir”.

Aləmdə Nəsib