Nazir 5 min manat tapan məktəblini mükafatlandırdı — FOTO

Təhsil naziri Ceyhun Bayramov içərisində 5 min manat pul olan pulqabını taparaq sahibinə qaytaran məktəblini mükafatlandırıb.

“Ölkə.Az”a  Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə  Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin VIII sinif şagirdi İdris Abbasovu təhsil naziri Ceyhun Bayramov örnək davranışına görə Təhsil Nazirliyinin “Təşəkkürnamə”si ilə təltif edib, planşet və kitablar hədiyyə edilib.

 

Ölkə.Az