Naxçıvanda uşaqlara ən çox qoyulan adlar hansıdır?
AzVision.az xəbər verir ki, doğulanlardan 61-i əkiz, 1-i isə üçəm olub. 2017-ci ildə muxtar respublikada doğulan oğlanlarda Yusif, Əli, Məhəmməd, Hüseyn və Uğur, qızlarda isə Zəhra, Fatimə, Zeynəb, Damla və Məryəm adları üstünlük təşkil edib. Ümumilikdə, son 10 ildə muxtar respublikada 81 min 807 nəfər uşaq doğulub.
Əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölüm, o cümlədən 1 yaşa qədər ölən uşaqların say göstəricisini aşağı salıb. Əgər 2007-ci ildə ölüm göstəricisi əhalinin hər min nəfər hesabı ilə 5,3 nəfər olubsa, hazırda bu göstərici 4,4 nəfər təşkil edir. Hər min nəfər doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 2007-ci ildə 2,5 nəfər qeydə alındığı halda, 2017-ci ildə bu göstərici 1,6 nəfər olub.