Naxçıvanda "Cərrahi və Mama-Ginekoloji Problemlərə Multidissiplinar Yanaşmalar" mövzusunda Beynəlxalq Tibbi Konfrans keçirilir

29–30 may 2025-ci il tarixlərində Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 25 illik yubileyinə həsr olunmuş “Cərrahi və Mama-Ginekoloji Problemlərə Multidissiplinar Yanaşmalar” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçirilir.

Konfrans Naxçıvan Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Cəmiyyətinin birgə təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Türkiyənin Sakarya Universiteti, Özbəkistanın Səmərqənd Dövlət Tibb Universiteti və digər tibbi cəmiyyətlərin tərəfdaşlığı ilə baş tutur.

Konfrans çərçivəsində Naxçıvan Respublika Xəstəxanası, Naxçıvan Sağlamlıq Mərkəzi və Naxçıvan Perinatal Mərkəzində müxtəlif tibbi sahələr üzrə 50-dək həkim-mütəxəssisin iştirakı ilə ödənişsiz müayinələr, cərrahi əməliyyatlar və tibbi aksiyalar keçiriləcək.

Tədbirdə ölkənin müxtəlif tibb müəssisələrinin nümayəndələri ilə yanaşı, K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) həkimləri də məruzələrlə çıxış edirlər, elmi-praktik təcrübələrini bölüşürlər.

Konfransın əsas məqsədi cərrahi və mama-ginekoloji sahələrdə multidissiplinar yanaşmaların tətbiqi, elmi biliklərin paylaşılması və tibbi əməkdaşlığın gücləndirilməsidir.

Cərrahi və Mama-Ginekoloji Problemlərə Multidissiplinar Yanaşmalar”  Beynəlxalq Elmi Konfransı