Mütəxəssis: Qızılcanın xüsusi müalicəsi yoxdur
Bakı, 11 dekabr, AZƏRTAC
“Əgər qızılca diaqnozu təsdiqlənibsə, valideynlər məktəbə, uşaq bağçalarına bu barədə bildirmələri tövsiyə olunur. Sağlam uşaq qızılca xəstəsi ilə təmasda olduğu təqdirdə, ona 72 saat ərzində qızılcaya qarşı peyvənd edilməlidir”.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun infeksionisti Səbinə Cəfərova deyib.
“Xəstə uşağın ayrı otaqda saxlanması tövsiyə olunur. Otağın tez-tez havalandırılması və günəş işığı düşməsinə, eyni zamanda otaqda rütubətə diqqət yetirilməlidir. Xəstə uşağa qulluq edən şəxslər maskadan istifadə etməlidirlər. Uşağın rasionuna A vitamini ilə zəngin qidaları, məsələn, yerkökü, həmçinin portağal, yumurta və s. ərzaqları daxil etmək tövsiyə olunur”, – deyə infeksionist bildirib.
Mütəxəssis qeyd edib ki, qızılcanın xüsusi müalicəsi yoxdur. Sadəcə immuniteti gücləndirən müalicə aparılır. Qızılca xəstəliyinə tutulan uşaqların müalicəsi ilk növbədə simptomların aradan qaldırılmasına, fəsadların qarşısının almasına, düzgün istirahət və maye qəbulunun təmin edilməsinə yönəlməlidir.
Bildirilib ki, uşaqlarda optimal gündəlik rejimin təmin edilməsi vacibdir. Kifayət qədər yuxu və fiziki fəaliyyətin azalması virusla mübarizə aparmağa kömək edir. Gözlərdə konyunktiviti olan uşaqlarda gözləri yumşaq bir şəkildə təmizləmək lazımdır və parlaq işıqlardan qaçınmaq həmin narahatçılığı azaltmağa kömək edir.
Yüksək temperatur zamanı qızdırmasalıcı dərmanlar qəbul etmək olar.
Qızılcanın qarşısını peyvənd olunaraq almaq olar. Ona görə də uşaqları həmi