Milli Səhiyyə Forumu tibb işçilərinin peşə bayramına həsr olunur

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən iyunun 17-si Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Həmin gün münasibətilə iyunun 16-da ölkəmizdə ilk dəfə olaraq Milli Səhiyyə Forumu təşkil olunacaq.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, paytaxtda keçiriləcək tədbirin məqsədi tibb sahəsindəki ən son yenilikləri müzakirə etməklə yanası, dövlət və özəl sektorlarda çalışan tibb işçilərinin, tələbə və rezidentlərin peşə bayramını qeyd etməkdir.

Forum PROAKTİV şirkətinin təşkilatçılığı, Azərbaycan Tibb Universiteti və Milli Onkologiya Mərkəzinin dəstəyi ilə təşkil olunur.

 

AZƏRTAC