Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası humanitar aksiya keçirəcək
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası 30 mart 2018-ci il tarixində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında humanitar aksiya çərçivəsində, tibbi müayinələr aparacaq.
Məqsəd universitetin əməkdaşlarının səhhətləri ilə bağlı sualları cavablandırmaq, problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinq aparmaq, əldə edilən nəticələri müzakirə etmək və yerindəcə həll etmək,zəruri hallarda əməliyyatlar keçirməkdir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin keçirdiyi humanitar aksiyalar dövlətin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsidir.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı