Mərkəzi Neftçilər Xəstəxanasında pulsuz müayinə aksiyası keçirilib
Mərkəzi Neftçilər Xəstəxanasında ödənişsiz tibbi müayinələr keçirilib.
Xətai Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, müayinələr kardiologiya, urologiya, ümumi terapiya, ümumi cərrahiyyə, nevrologiya, ginekologiya, oftalmologiya və digər sahələri əhatə edib.
Xəstəxana həkimləri və tibb işçiləri paytaxtın və regionlardan olan sakinləri ödənişsiz müayinələrdən keçirıb və müalicələr təyin ediblər.
Növbəti müayinə yanvarın 13-də keçiriləcək.