Mərkəzi Klinika vətəndaşları ödənişsiz müayinə edəcək - 27 sentyabrda

Bakı, 25 sentyabr, AZƏRTAC

Dünya Ürək Günü ilə əlaqədar Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) bir sıra tədbirlər keçirəcək.

AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də ürək-damar cərrahları, rezidentlər və gənc həkimlərin iştirakı ilə ürək problemləri və onların müasir müalicə üsullarına həsr olunmuş elmi-praktiki seminar təşkil olunacaq.

AÜDCC-ün təşkilatçılığı ilə daha bir aksiyanın sentyabrın 28-də Gənclik Mall ticarət mərkəzində keçirilməsi planlaşdırılır. Aksiyanın əsas məqsədi daha çox insanı Dünya Ürək Gününün mahiyyəti ilə bağlı məlumatlandırmaqdır.

Tədbir zamanı Mərkəzi Klinik Xəstəxananın həkim briqadası tərəfindən ödənişsiz əsaslarla insanların qan təzyiqi, qanda şəkərin, xolesterolun miqdarı ölçüləcək, ürək-damar xəstəliklərindən qorunmağın yolları haqqında məsləhətlər veriləcək.