Mərkəzi Gömrük Hospitalının 15 illiyinə həsr edilmiş himn əməkdaşların ifasında
Bakı, 7 yanvar, AZƏRTAC
Mərkəzi Gömrük Hospitalının fəaliyyətinin 15 illik yubileyi ilə bağlı bu tibb müəssisəsinin himni yazılıb. Himnin sözləri Tibbi Xidmət İdarəsinin ETTM mütəxəssisi Şəhla Mirzəzadəyə məxsusdur.
Mərkəzi Gömrük Hospitalının 15 illiyinə yazılmış himnin musiqisinə görə istedadlı bəstəkar Aytan Əliyevaya xüsusi təşəkkürlər!
Himni ifa ediblər: Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin sonoloqu Günay Əhmədova, Təcili Tibbi Yardım şöbəsinin təcili yardım həkimi Leyla Fətullayeva, tibb bacısı Təhminə Sultanova, tibb qardaşı Ramil Abdullayev, Planlaşdırma və marketinq şöbəsinin marketinq üzrə mütəxəssis Salva Rüstəmova, Poliklinika şöbəsinin kardioloqu Nigar Rəhmətova, Texniki-təsərrüfat şöbəsinin mütəxəssisi Vəfa Sultanova, tibb bacısı Mehri Karagöbekli və mühafizəçi Fuad Ağazadə. Himn musiqisi ilə müşayiət olunan videoçarxın linkini sizə təqdim edirik. Videoçarxı Mərkəzi Gömrük Hospitalının yutub kanalında izləyə bilərsiniz.
https://www.youtube.com/watch?v=w-n2CWCXLdk