Məktəbəqədər təhsil hansı yaşda olan uşaqları əhatə edəcək ?
Bakı. Trend:
2012-ci ildə təsdiq edilmiş kurikulum 3-6 yaşı əhatə edirdi. Yeni dövlət standartı 1-6 yaşları təsbit edir, yəni burada 1-6 yaşlı uşaqların nələri öyrənməli olduqlarından söhbət gedir.
Trend-in məlumatına görə, bunu Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.
Onun sözlərinə görə, Təhsil naziri Emin Əmrullayevin əmri ilə təsdiqlənən “Məktəbəqədər təhsil proqramı (kurikulum)” 2012-ci ildən tətbiq edilən kurikulumun yenilənməsidir.
“Məktəbəqədər təhsil haqqında proqram təkmilləşdirilib, ləğv edilməyib. Yeni dövlət standartı 1-6 yaşları təsbit edir. 1 yaşlı uşağın təhsili dedikdə onların parta arxasında əyləşdirib yazmaq-öyrətmək yox, məşğələlərin oyun formasında olmasından söhbət gedir”, – deyə o əlavə edib.