Məktəbəqədər təhsil 1 yaşından başlayır
Azərbaycanda “Təhsil haqqında” qanunda uşaqların məktəbəqədər təhsil müəssisələrinə 3 yaşından verilməsi ilə bağlı müddəanın dəyişdirilməsi, bunun əvəvzinə uşaqların 1 yaşından məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi ilə bağlı dəyişikliyin edilməsi təklif edilir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə sədri İsa Həbibbəyli deyib.
Qeyd edək ki, Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Məktəbəqədər təhsil haqqında” qanuna uyğunlaşdırmaq məqsədilə “Təhsil haqqında” qanuna, Əmək Məcəlləsinə, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adabtasiyası haqqında”, “Dövlət qulluğu haqqında”, “Yanğın təhlükəsizliyi haqqında” qanunlarına dəyişikliklərin edilməsi təklif edilir.
Trend