Məktəb avtobuslarının üstünlükləri nələrdir? VİDEO

Bakı, 1 oktyabr, AZƏRTAC

Ölkəmizdə ilk dəfə olaraq məktəb avtobusları istifadəyə verilir. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev məlumat verib. Bildirilib ki, pilot layihə çərçivəsində avtobuslardan 1200 şagird yararlanacaq. Layihə çərçivəsində 100-dən çox avtobus fəaliyyət göstərəcək və 8 dövlət, 3 özəl məktəbi əhatə edəcək. İlkin olaraq layihəyə şəhər mərkəzində yerləşən məktəblər cəlb olunacaq. Bu, təhsil və nəqliyyat sahələrində innovativ yanaşmanın bir nümunəsidir və gələcəkdə daha geniş tətbiq edilə bilər.

AZƏRTAC mövzu ilə bağlı videomaterialı təqdim edir.