Matəm günü ilə bağlı dərslər DAYANDIRILACAQ? (yenilənib)

Sabah Azərbaycanda təhsil müəssisələrində tədris ənənəvi qaydada davam edəcək.

Bu məlumat Oxu.Az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilib.

“Dekabrın 26-da ölkədə Matəm günü elan olunsa da, qeyri-iş günü elan edilməyib. Bu səbəbdən dərslər eyni qaydada davam edəcək”, – deyə açıqlamada bildirilir.

Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Əzizə İsmayılova

 

Xəbər verdiyimiz kimi, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Matəm günü ilə əlaqədar ictimaiyyət arasında sabah dərs olub-olmayacağı ilə bağlı fikir ayrılığı yaranıb.

Ölkə.az xəbər verir ki, Manset.az-ın sorğusuna cavab olaraq Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev bildirib ki, sabah bütün tədris müəssisələrində dərs olacaq.