Maştağa Psixiatriya Xəstəxanasında əməliyyat - Komissiya sədri saxlanıldı
Baxış
79
1 saylı Maştağa Psixiatriya Xəstəxanasında hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.
“Unikal”ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı sözügedən xəstəxananın baş həkimininin müavini – hərbi həkim komissiyasının sədri Elxan Əsədov barəsindəki korrupsiya iddialarına görə saxlanılıb. Daha sonra o, sərbəst buraxılıb.
Xatırladaq ki, E.Əsədov 2023-cü ildə bu vəzifəyə təyin edilmişdi. Onu da qeyd edək ki, 1 saylı Maştağa Psixiatriya Xəstəxanasının baş direktoru Orxan Cəfərovdur.
Seymur Əli
Mənbə: https://unikal.az/news/519682/mastaga-psixiatriya-xestexanasinda-emeliyyat-komissiya-sedri-saxlanildi
Şərhlər (0)