Maska taxanlar xəstəliyi yüngül və əlamətsiz keçirir?

Pandemiya dövründə tibbi-cərrahi maskalar taxanlar koronavirusa yoluxanda xəstəliyi yüngül formada keçirirlər.

E-tibb.az xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya Universitetinin alimləri apardıqları araşdırmanın nəticələrinə əsasən bu qənaətə gəliblər. Kaliforniya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Monika Gandi bildirib ki, maska ​​taxan insanların immun sistemləri virusun öhdəsindən asan gəlir, onlara daha az koronavirus hissəcikləri yoluxur. Məlum olub ki, bu maskalar təkcə başqa insanları qorumaq üçün deyil, həm də taxan şəxsin özünü qoruyur və xəstəliyi daha yüngül keçirməsinə yardım edir. Monika Gandi araşdırmanın nəticələrinə əsasən vurğulayıb ki, adamlar hətta çox sağlam olduqları, özlərini yaxşı hiss etdikləri vaxtlarda da maskadan istifadə etməlidirlər. Araşdırmaya görə, məhz maska taxılan yerlərdə koronavirsusu əlamətsiz, yəni çox yüngül keçirənlərin sayı həddən artıq çoxdur. ABŞ-ın Oreqon ştatında bir müəssisənin işçiləri məcburi olaraq maska taxdıqlarına görə orada yoluxanların 90 faizində əlamətlər müşahidə edilməyib.

Bundan başqa, Çin alimlərinin maska ilə bağlı siçanlar üzərində aparıqları tədqiqat da maskaların virusdan qoruyucu olduğunu deməyə əsas verir. COVİD-ə yoluxan siçanlarla sağlam olan heyvanların yerləşdirldiyi qonşu qəfəslərin arası tibb maskalarla pərdələnib. Məlum olub ki, siçanların çoxu koronavirusa yoluxmayıb, yoluxan heyvanlarda isə çox yüngül əlamətlər müşahidə edilıib. Bu isə qəbul olunan virus yükü ilə əlaqələndirilir. Məlum nəzəriyyəyə görə, orqqanizm nə qədər çox virus qəbul edərsə, xəstəlik bir o qədər ağır keçrir. Maska isə qopruyucu rol oynayaraq daha çox virusun orqanizmə keçməsmini qarşısını alır.