Masallıda hamilə xəstəxanaya ölü vəziyyətdə gətirilib - TƏBİB açıqladı

Masallıda hamilə qadın xəstəxanaya ölü vəziyyətində gətirilib.

Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Sentyabrın 29-u saat 07:00-da 1993-cü il təvəllüdlü hamilə yaxınları tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasına ölü vəziyyətdə gətirilib.

Hamilənin həkiməqədər ölüm faktı təsdiqlənib”, – məlumatda qeyd olunub.

Aygün Mirakif

Masallı rayonunda hamiləliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilən 32 yaşlı qadın ölüb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

Rayonun Avur kənd sakini 1993-cü il təvəllüdlü Afət Abbasova hamiləliyi ilə əlaqədar Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.