Maliyyə Nazirliyi TƏBİB-də yoxlama aparır

Baxış
50

BAKI, 28 oktyabr. TELEQRAF

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) maliyyə yoxlamaları həyata keçirilir.

Teleqraf-ın əldə etdiyi məlumata əsasən, yoxlamalar TƏBİB-in tabeliyində olan bütün xəstəxanaları əhatə edir.

Artıq bir aya yaxındır davam edən nəzarət tədbirləri zamanı bəzi maliyyə pozuntularının aşkarlanması barədə məlumatlar var. Hazırda yoxlamalar davam edir və nəticələrlə bağlı rəsmi açıqlama hələlik verilməyib.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin