Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada "Qanın milləti yoxdur" adlı aksiya keçirilib
Rusiya-Azərbaycan Gənclər Birliyi (AMOR) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) dəstəyi ilə Moskvada “Qanın milləti yoxdur” adlı növbəti xeyriyyə aksiyası keçirib.
“Report”un Rusiya bürosunun məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilən humanitar tədbir MDTU-nun Kliniki transfuziologiya və hematologiya kafedrasında baş tutub.
Tədbirdə çıxış edən MDTU-da Azərbaycan klubunun sədri Simarə Məmmədova bildirib ki, azərbaycanlı gənclər xeyriyyə məqsədi ilə qan verirlər: “Məqsədimiz ankoliji xəstəlikdən və COVİD-19-dan əziyyət çəkən insanlara yardım etməkdir”
Xatırladaq ki, qanvermə aksiyası 3 gün davam edəcək. Artıq 13 ildir mütamadi olaraq keçirilən xeyriyyə aksiyasında minə yaxın gəncin iştirak edəcəyi gözlənilir.