Körpələrin ölümünə səbəb olan əsas XƏSTƏLİKLƏR
“Ən çox ağırlaşma və ölüm halları məhz yenidoğulma dövründə qeydə alınır”.
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rəhimov canlı yayımda sualları cavablandırarkən deyib.
O bildirib ki, həmin müddət körpələrdə daha çox tənəffüs və ürək problemləri müşahidə olunur:
“Bir körpə nəfəsalmada çətinlik çəkirsə, bu, onlarda tənəffüs probleminin olmasında xəbər verir. Yenidoğulma zamanı sarılıq problemləri də müşahidə edilir. Qıcolma, göyərmə və sidiyə çıxmaması təhlükəli vəziyyət kimi qiymətləndirilə bilir”.
Könül Cəfərli