Koronavirusa yoluxan şəxslər peyvənd ediləcəkmi? - TƏBİB-dən açıqlama (ÖZƏL)
Bakı. İlhamə İsabalayeva – Trend:
TƏBİB COVİD-19 virusuna yoluxaraq sağalmış şəxslərin peyvənd olunub-olunmayacağına aydınlıq gətirib.
TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, koronavirusa yoluxan şəxslər ilkin mərhələdə risk qrupu hesab edilmir:
“Son 6 ay ərzində xəstəliyi keçirmiş şəxslər “E-TƏBİB” sistemində bloklanmış halda olacaq. Lakin 6 aydan sonra (tibbi cəhətdən qandakı anticismlərin zəifləməsi nəzərə alınaraq) vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qruplarına aiddirsə, peyvənd oluna bilər”.